Modern.az

Kooperasiya Universitetində Elmi Şuranın iclası olub

Kooperasiya Universitetində Elmi Şuranın iclası olub

13 İyul 2017, 18:06

Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir.

 

13 iyul tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi Şurasının 2016/2017-ci tədris ili üzrə yekun iclası keçirilmişdir. Şuraya sədrlik edən universitetin rektoru, professor E.A.Quliyev ilkin olaraq ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi.

 

Qeyd etdi ki, bu sahədə tədbirlər Azərbaycan Kooperasiya Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir. Sonra isə universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi barədə məruzə ilə çıxış etdi. İclasda Elmi Şuranın 2017/2018-ci tədris ili üçün iş planı təsdiq olundu.

 

Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor E.A.Quliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışdı. O bildirdi ki, tədris ilinin yekunlarına görə yekun qiymətləndirməyə nəzər salsaq ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbətə doğru irəliləmişdir. Bu isə bizim üçün yeni çağırışlar ortaya çıxarır ki, biz növbəti ildə işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da yüksək templə çalışmalıyıq.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir