Modern.az

Ətin bahalaşma səbəbləri - VİDEO

Ətin bahalaşma səbəbləri - VİDEO

Aktual

13 İyul 2017, 23:14

Adətən yay aylarında mal və qoyun ətinin qiyməti ucuz olsa da, bu dəfə bunun əksi müşahidə olunur. On gün əvvəl satılan mal və qoyun ətinin qiyməti ilə indiki qiymət arasında fərq var: ət bahalaşıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, paytaxtda satıcılar deyirlər ki, ümumilikdə mal və qoyun ətinin qiymətində 1 manat - 1 manat 50 qəpik arasında artım var.

Satıcılar buna səbəb kimi rayonlarda otun qiymətinin artmasını göstərirlər.

Yevlaxda da ətin qiyməti qalxıb. Qəssablar 1 kiloqram mal ətini 11 manata təklif edirlər. Ət satıcıları qoyun ətinin 8, quzu və dana ətinin isə 11 manata satılmasını kəndlidən heyvanı baha almaları ilə əlaqələndirirlər.

Ətin qiymətinin qalxması alıcıların sayına da təsir göstərib. Qəssablar son bir neçə gündə alıcıların sayının nisbətən azaldığını deyirlər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!