Modern.az

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də AÇIQLANACAQ

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də AÇIQLANACAQ

Media

14 İyul 2017, 10:45

İyulun 21-də jurnalistlərin yeni  binasının açılışı olacaq.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və nazirliyin “Özünəməşğulluq-ailə biznesinə yiyələn” adlı jurnalistlər üçün elan etdiyi müsabiqənin mükafatlandırma mərasimində KİVDF-nin icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

O bildirib ki, mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.

 

V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını, həm KİVDF-yə, həm də Prezident Administrasiyasına ümumilikdə 2 mindən çox sənəd qəbul olunduğunu deyib:

 

“Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub. 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq".

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!