25 iyul 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Məşhur loğman azərbaycanlıların ən çox əziyyət çəkdiyi xəstəliklərin adlarını açıqladı
Məşhur loğman azərbaycanlıların ən çox əziyyət çəkdiyi xəstəliklərin adlarını açıqladı
14.07.2017, 16:18

Müasir dövrdə  texnologiyanın inkişafı digər sahələr kimi səhiyyəyə də təsir edib. Demək olar ki, əksər xəstəliklərin çarəsi məlumdur. Lakin xalq arasında xəstəliklərin müalicə üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirərək yaşadan qeyri-ənənəvi təbabət forması da mövcuddur. Hələ səhiyyənin formalaşmadığı dövrdə insanlar xalq həkimi və ya loğman adlandırdığımız kəslərə inanıb və müraciət edib.  Bu insanlar öz bilikləri, təcrübələri ilə xəstələrə köməklik göstəriblər. Düzdür, bu sahəyə bələd olmayan və sadə camaatın inamından istifadə edənlər az deyil. Lakin işinin peşəkarı olanlar da mövcuddur.

Maraqlıdır, hazırda xalq həkimlərinə müraciət edənlərin sayında hansı dəyişikliklər müşahidə edilir?  Eyni zamanda bu sahəyə rəsmi nəzarət varmı?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Modern.az-a verilən məlumata görə xalq təbabəti ilə məşğul olmaq istəyənlərin mütləq lisenziyası olmalıdır:

“Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər. Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir”.

Azərbaycanda xalq təbabəti sahəsində kifayət qədər tanınan mərhum Bəhruz Qurşumovun davamçısı,  oğlu Arif Qurşumov Modern.az-la söhbəti zamanı bildirib ki, son zamanlar xalq təbabətinə müraciət edənlərin sayı artıb. O, həmçinin  Azərbaycanda insanların daha çox hansı xəstəlikdən əziyyət çəkdiyini sadalayıb:


“Artıq insanlar kimyəvi preparatlara etibar etmir. Bu səbəbdən mənə müraciət edənlərin sayı da artıb.  Demək olar ki, əhalinin 90 faizi qurd-parazit xəstəliklərindən əziyyət çəkir. O cümlədən 25-30 yaşından sonra 10 qadından 6-sında qadın xəstəlikləri ortaya çıxır. Düzdür, çox adamda bu cür problemlər əlamətlərini biruzə vermir.  Daha sonra ağrılar birdən-birə başlayır və xəstəliklər üzə çıxır. Həmçinin, zobdan əziyyət çəkən də çoxdur və bunların əksəriyyəti qadınlardır. Böyrək daşı da artan xəstəliklərin sırasındadır. Bütün bunlara qidalar, ekoloji vəziyyət, stress, maddələr mübadiləsinin pozulması  təsir edir.

Müəyyən xəstəlikdən əziyyət çəkən insanların analiz verməyinə ehtiyac yoxdur və diaqnozu özüm qoyuram.  Yəni xəstənin əlamətlərindən bilirəm ki, məsələn, qurd var, ya yoxdur. Lakin qadın xəstəliyi, böyrək daşı olanlara UZİ-dən keçib gəlməyi məsləhət görürəm. Həmçinin, bu, zoba da aiddir. Çünki insanda mövcud olan şişin ölçüsünü bilmək mütləqdir ”.


A.Qurşumovun  sözlərinə görə, xalq təbabəti ilə məşğul olmaq istəyənlər də az deyil:

“Mənə bununla bağlı kifayət qədər insan yaxınlaşır. Bu sahəni öyrənmək istəyirlər. Lakin təəssüflər olsun ki, heç kimə öyrədə bilmirəm. Bu elmdir. Yəni nəyisə, üç-dörd günə öyrətmək mümkün deyil. 55 yaşım var, peşəni təmiz öyrənmək üçün 55 il də lazımdır. Bəziləri  deyirlər ki, filan bitki bunun üçündür, içsəm xəstəliyim keçəcək. Amma bu, belə deyil. Xəstənin xüsusiyyətlərinə bələd olmaq  önəmlidir. Kimə nəyi verdiyini bilməlisən. Bəzi bitkilər əks təsir edə bilər. Ona görə insanların bitkidən nə vaxt istifadə edə biləcəyini müəyyən etmək lazımdır. Digər tərəfdən bu sahə ilə həkim kimi məşğul olmaq üçün lisenziya lazımdır”.

Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində
25.07.2017, 16:55

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

“İrəli” gəncləri “Feel Like a European” layihəsində
25.07.2017, 16:39

“İrəli” gəncləri “Feel Like a European” layihəsində

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi
25.07.2017, 16:29

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vəndaşlığı verildi

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 
25.07.2017, 16:24

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi
25.07.2017, 16:17

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi

Turizmdə gürcü sindromu   
25.07.2017, 16:10

Turizmdə gürcü sindromu  

Azərbaycan dövlətinin uğurlu media siyasəti
25.07.2017, 16:00

Azərbaycan dövlətinin uğurlu media siyasəti

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı   
25.07.2017, 15:47

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı  

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı   
25.07.2017, 15:20

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı  

Mərakeş səfiri Tərcümə Mərkəzində
25.07.2017, 15:10

Mərakeş səfiri Tərcümə Mərkəzində

XXI əsrin qadınları tüklənir - PROBLEM   
25.07.2017, 15:00

XXI əsrin qadınları tüklənir - PROBLEM  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)