Modern.az

Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür

Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür

15 İyul 2017, 00:28

Türkiyədə ötən il baş verən hərbi çevrilişə cəhddən bir il ötür. Modern.az xəbər verir ki,  2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib. Dövlət çevrilişinə cəhd edənlər gələcək planlarını TRT kanalında səsləndirərək ordunun ölkədə idarəçiliyi ələ keçirdiyini açıqlayıb.

İstanbuldakı "Boğaz içi" və "Fatih Sultan Mehmet" körpüsünü ələ keçirən üsyançı hərbçilər Ankarada Türkiyə Böyük Millət Məclisini bombalayıblar. Amma xalqın təpkisindən sonra onları ram etmək mümkün olub.

Qeyd edək ki, hadisələrdə 300-dən çox hərbçi və mülki şəxs həlak olub. 15 000 nəfərdən artıq insan yaralanıb. Türkiyə Silahlı Qüvvələri və polisin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində cəhdin qarşısı alınaraq 170 min nəfərədək insan şübhəli şəxs qismində saxlanılıb. Onlardan təxminən 50 min nəfər barədə həbs qətimkan tədbiri seçilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir