Modern.az

YAP üçün yeni mərkəzi qərargah tikilib – ÖZƏL

YAP üçün yeni mərkəzi qərargah tikilib – ÖZƏL

Hadisə

15 İyul 2017, 16:39

Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni mərkəzi qərargahı inşa olunub.

 

Modern.az-a daxil olan məlumata görə, binanın bu il açılışı olacaq.

Milli Məclisin Səbaildən seçilən deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a məlumatı təsdiqləyib.

“Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Amma hansı ayda və neçəsi onu deyə bilmərəm. Bu barədə mənim məlumatım yoxdur”.

 

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı “Sahil” bağı ilə üzbəüzdə yerləşir.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar