Modern.az

Bələdiyyələrin hamısı parlamentə hesabat verməyəcək

Bələdiyyələrin hamısı parlamentə hesabat verməyəcək

14 Noyabr 2009, 11:32

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin parlamentə hesabat verməsi ilə bağlı qanun layihəsi hazırlanır.
Modern.az xəbər verir ki, bu barədə komitə sədri Arif Rəhimzadə məlumat verib. O, bildirib ki, layihədə bələdiyyələrin hamısının parlamentə hesabat verməsi nəzərdə tutulmayacaq. A.Rəhimzadənin sözlərinə görə, yalnız fəaliyyətində ciddi nöqsanlar olan ayrı-ayrı bələdiyyələr parlamentə hesabat verəcəklər. Parlamentə hesabat verəcək bələdiyyələrin necə müəyyənləşdiriləcəyinə gəldikdə, komitə sədri deyib ki, layihədə bununla bağlı xüsusi müddəa olacaq: "Biz layihəni hazırlayanda bunun mexanizmini də müəyyən edəcəyik".
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. Plkədəki 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
İndiyədək ölkəmizdə iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi