Modern.az

“Hər gün 2 alma yeyilərsə, həkimlər işsiz qalar” - ALMANIN FAYDALARI

“Hər gün 2 alma yeyilərsə, həkimlər işsiz qalar” - ALMANIN FAYDALARI

Mədəni̇yyət

16 İyul 2017, 07:10

“Hər gün 2 alma yeyilərsə həkimlər işsiz qalar” -  bu təsadüfi işlədilən ifadə deyil. Və almaya meyvələrin şahı deyilməsi də təsadüfi deyil. Elmi cəhətdən aparılan araşdırmalar da bunu bir daha təsdiq edir.

Alma orqanizmə necə təsir edir, sağlamlıq üçün hansı faydaları var?

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

1. Alma orqanizm üçün vacib olan bir çox vitaminlərin təbii mənbəyidir.

2. Tərkibindəki mikroelementlərə görə alma ürəyi cavanlaşdırır, qan dövranını tənzimləyir.

 

3. Yüksək qan təzyiqindən əziyyət çəkənlərə almadan daha çox istifadə etmələri məsləhətdir. Alma xolestrolun miqdarını aşağı salır.

4. Köklükdən və piylənmədən yaxa qurtarmaq üçün daha çox alma yemək lazımdır. Alma ilə pəhriz saxlamaq arıqlamaq istəyənlərə ən yaxşı vasitədir.

5. Alma revmatizm xəstəliyi üçün də olduqca faydalıdır.

6. Hər gün iki-üç alma yeməklə siz dərinizin sağlam və təravətli görünməsinə nail ola bilərsiniz.

7. Əgər mədə turşuluğunun çox olmasından və mədə xorasından şikayətiniz varsa almanın şirin növlərinə üstünlük verin.

8. Alma yorğunluğu aradan qaldırır, bədənin enrjisini bərpa edir.

9. Almanı qabıqlı yemək daha məqbuldur.

10. Qaraciyərin, öd kisəsinin fəaliyyətinin yaxşılaşması üçün alma faydalıdır.

11. Oynaq ağrılarının aradan qaldırılmasında və profilaktikasında almadan istifadə etmək məsləhətdir.

12. Alma yeməklə həzm prosesindəki problemləri aradan qaldırmaq mümkündür.

13. Alma immun sistemini gücləndirir, maddələr mübadiləsini tənzimləyir, qanda şəkərin normal səviyyədə qalmasında fəal iştirak edir.

14. Almanın insan üçün ən böyük faydalarından biri onun stressə qarşı mübarizəsidir. Gün ərzində qarşılaşdığınız xoşagəlməz hadisələrdən yaranan sinir gərginliyini aradan qaldırmaq üçün alma yemək ən effektli vasitələrdən biridir.

15. Gündəlik alma yeməklə siz bir çox xəstəliklərin qarşısını əvvəlcədən almış olarsınız.

Ən əsası alma olduqca ətirli və dadlı bir meyvədir. Özünüzü Allahın və təbiətin bizə bəxş etdiyi bu gözəl nemətdən məhrum etməyin. Məhrum etməyin ki, həm gözəl, həm də sağlam olasınız.

İlham Cəmiloğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir