Modern.az

Azərbaycanda rüşvətvermə rüşvətalmadan çoxdur

Azərbaycanda rüşvətvermə rüşvətalmadan çoxdur

17 İyul 2017, 11:00

“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

 

İdarə rəisi bildirib ki, araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərlə bağlı aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan  cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət alıb, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib.

 “On nəfər isə vəzifəsindən azad edilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir