Modern.az

Abşeronda İcra Hakimiyyətinin işçilərinə atəş açılıb

Abşeronda İcra Hakimiyyətinin işçilərinə atəş açılıb

17 İyul 2017, 12:57

Abşeronda icra hakimiyyətinin nümayəndələrinə atəş açan şəxs saxlanılıb.

 

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

 

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir