Modern.az

252 azərbaycanlı Türkiyədən deportasiya edilib  

252 azərbaycanlı Türkiyədən deportasiya edilib   

17 İyul 2017, 14:54


Türkiyənin Daxili İşlər Nazirliyi terrorçu İŞİD-ə qarşı mübarizə ilə bağlı hesabatını açıqlayıb.

 

Modern.az xəbər verir ki, terror təşkilatları ilə əlaqələri olan əcnəbinin adı "qara siyahını” tərtib edib.

 “Qara siyahısıya” ümumilikdə 146 ölkədən 53 min 781 nəfər daxil edilib. Bu siyahıda Səudiyyə Ərəbistanı (7523 nəfər), Tunis (4605 nəfər) və Rusiya (4128 nəfər) vətəndaşları liderlik edirlər.

 

Türkiyənin dövlət orqanları 2014-cü ilin aprelindən indiyədək 1677 Azərbaycan vətəndaşının ölkəyə girişinə qadağa qoyub, daha 252 Azərbaycan vətəndaşı deportasiya edilib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır