Modern.az

Rektor: “Ədalət Muradov UNEC-i tanınmış brendə çevirib”

Rektor: “Ədalət Muradov UNEC-i tanınmış brendə çevirib”

17 İyul 2017, 15:02

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkədə peşəkar kadrların yetişməsində müstəsna rol oynayır. Universitetin tələbələri ölkəni beynəlxalq arenalarda təmsil edərək, böyük uğurlara imza atırlar. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Sürətlə inkişaf edən təhsil ocağı digər universitetləri də geridə qoyur.

 

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Modern.az-a İqtisad Universitetinin sürətli şəkildə inkişaf etdiyini deyib.

 

 “İqtisad Universitetinin son illərdə inkişafı göz önündədir, sürətli inkişafına görə bir çox universiteti geridə qoyur. İqtisad Universitetində tələbələrin yüksək keyfiyyətli təhsil alması üçün bütün şərait mövcuddur.  Təhsildə yüksək keyfiyyət əldə etmək üçün müasir vasitələrdən istifadə olunur. Universitet ölkəni peşəkar kadrlarla təmin edir. Buradan məzun olan tələbələr ölkəmizi dünyada da layiqincə təmsil edir. Bununla yanaşı, universitetdə təşkil olunan beynəlxalq tədbirlər tələbələrin əlavə bilik qazanmasına, əlaqələri genişləndirməsinə səbəb olur.


Ə.Vəliyevin sözlərinə görə, hər hansı bir müəssisənin yüksəlişə doğru getməsi rəhbər şəxslə bağlıdır.

 “Hər bir sahə rəhbəri ilə qiymətləndirilir. Əgər həmin müəssisənin rəhbəri öz sahəsində mütəxəssisdirsə, o müəssisənin inkişafı davamlı olacaq.  Dövlət İqtisad Universitetinin gündən-günə inkişaf etməsində rektor Ədalət Muradovun rolu əvəzsizdir. Ədalət Muradov əsl təhsil, elm adamıdır. Onun yüksəkl idarəçilik qabiliyyəti sayəsində İqtisad Universiteti tanınmış markaya çevrilib. İqtisad Universiteti yalnız ölkə daxilində deyil , ölkə xaricində də sözünü deyən təhsil ocağıdır. İnanıram ki, belə bir rektoru olan universitet daim inkişaf yolunda irəliləyəcək”.

 

Qafar Ağayev

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?