Modern.az

DİM-dən sərt XƏBƏRDARLIQ: “Yay imtahında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq”  

DİM-dən sərt XƏBƏRDARLIQ: “Yay imtahında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq”   

17 İyul 2017, 15:08

Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a deyib ki, imtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməyib.

“İmtahanda iştirak edən  abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.  Bunlardan 21-i II,  12-i isə III ixtisas qrupuna sənəd verən abituriyentlərdir.  4 abituriyentin üzərindən mobil telefon aşkar olunduğuna görə, digər abituriyentlər isə imtahanda davranış qaydalarını pozduqlarından  imtahandan xaric edilib.  Belə  ki, həmin abituriyenlər köçürməyə cəhd edib və yaxud şərait yaradıblar”.

X.Xanlarzadə iyulun 22-də I və IV ixtisas qruplarına imtahan verəcək abituriyenlərə də  xəbərdarlıq edib.

“ Əgər abituriyent DİM-nin yazda keçirdiyi imtahanda iştirak edib, yayda iştirak etdiyi imthanda qaydanı pozsa, onun hər iki imtahanının nəticəsi ləğv ediləcək. Yəni abituriyent birinci imtahandan müəyyən qədər bal toplayıb, ikinci imtahanda qaydaları pozsa onun bütün nəticələri ləğv ediləcək. Abituriyentin əməl etməli olduğu qaydalar “Yaddaş kitabçası”nda öz əksini tapıb. Ona görə də bütün abituriyentləri diqqətli olmağa çağırırıq. Abituriyentlərə bildiririk ki, onlar  “Yaddaş kitabçası” ilə tanış olsunlar. Orada göstərilən bütün qaydalara əməl etsinlər. Əks halda onların nəticələri ləğv olunacaq”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu