20 yanvar 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - Deputat uşaq bağçalarının işini TƏNQİD etdi: “Heç kim törətdiyi əmələ görə cəza çəkmir”  
Deputat uşaq bağçalarının işini TƏNQİD etdi: “Heç kim törətdiyi əmələ görə cəza çəkmir”  
17.07.2017, 15:32

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri ilə bağlı qeyri-müəyyən vəziyyət davam edir. Uşaq bağçaları  Bakı Şəhər İcra Hakimiyyətinin  nəharətinə keçdikdən sonra vəziyyət daha da qəlizləşib. Halbuki, paytaxt bağçaları Bakı şəhər İcra Hakimiyyətinə verildikdən sonra şəhər meri Hacıbala Abutalıbov populist vədlərlə çıxış etmişdi. O, uşaq bağçalarındakı neqativliklərin ən qısa vaxtda aradan qaldırılacağını təntənə ilə elan etmişdi. Nəticə isə göz qabağındadır. Bağçalarda süründürməçilik, rüşvət halları artıb, təhsildən isə əsər-əlamət belə, yoxdur. Bağçalara təhsil müəssisəsi yox, biznes obyekti kimi baxılır.

Bakı Şəhər İcra Hakimiyyəti “JEK”lərə necə işləyirsə, tabeliyindəki bağçalarla da elə işləyir. Demək olar ki, bağçalar “JEK”lərə çevrilib.

 

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa da Modern.az-a açıqlama verib.

 

Deputat deyib ki, bağçalar digər qurumların tabeliyində olan zaman da onların vəziyyətində bir o qədər müsbət yöndə dəyişiklik yox idi.

“Hesab edirəm ki, bağçaların kimin tabeliyində olmağı bir o qədər də əhəmiyyət kəsb etmir. Uşaq bağçalarına cəmiyyətimizdə baxış dəyişməlidir. Özəl bağçalar sistemi daha da inkişaf etdirilməlidir. Dövlət bağçalarının olması daha çox dotasiya verilməsini tələb edir”.


F.Mustafa bildirib ki, dövlət bağçalara dotasiya ayırmaqda  bir o qədər də maraqlı deyil.
 

“Çünki başqa sahələr var. Avropa ölkələrində- Estoniyada, Finlandiyada bağçanı ümumi vətandaşlar maddi təminatla saxlayırlar. Konkret olaraq Estoniyada vətandaşdan vergi tutularkən bağçanı saxlamaq üçün ayrıca ödəniş tələb olunur. Hətta bir nəfərin övladı yoxdursa, o da bağçanı saxlamaq üçün ödəniş edir. Onlarda belə bir düşüncə formalaşıb ki, millətin gələcəyi uşaqlardır və onların təminatı bir ailənin işi deyil. Bizdə isə bu məsələ bir az başqa cürdür. Biz düşünürük ki, valideynin gücü çatdı-çatmadı mütəq pul ödəməlidir. Halbuki, istedadlı bir uşağın bağçaya getməməyi gələcəkdə onun formalaşmasına çox mənfi təsir göstərir”.

 

Deputat qeyd edib ki, Azərbaycanda uşaq bağçalarına qarşı münasibət dəyişməlidir.

“Guya bağçalar hansısa digər qurumun tabeliyinə verilsə, neqativ hallar azalacaq? Düşünürəm ki, heç bağçaların Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olması neqativ halların azalmasına təsir göstərmir. Çünki bizdə heç kim törətdiyi əmələ görə cəza çəkmir. Ona görə də bütün sahələrdə neqativ hallar var, bu mümkündür və qaçılmazdır. Biz düşünməliyik ki, nəyə görə uşaq bağçaları var? Uşaqların 8 saat vaxtını öldürməyi üçün, yoxsa gələcəyə formalaşmış uşaq yetişdirmək üçün? Ona görə də bağçaların kimin tabeliyində olması faydalı olan məsələ deyil. Ümumi düşüncə, baxış dəyişməlidir. O  zaman bağçaların hansı qurumun tabeliyi altında yaxşı fəaliyyət göstərməyi barədə hansısa fikir söyləmək mümkün olar. İndiki vəziyyətdə isə yox”.

 

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”
20.01.2018, 11:15

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı
20.01.2018, 11:11

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı
20.01.2018, 10:59

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək
20.01.2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”
20.01.2018, 10:48

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB
20.01.2018, 10:32

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı           
20.01.2018, 10:29

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı          

Prezident və birinci xanım 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi
20.01.2018, 10:04

Prezident və birinci xanım 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu
20.01.2018, 09:36

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü
20.01.2018, 09:34

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı
20.01.2018, 09:21

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Şəhriyar Məmmədyarov vahid liderdir
20.01.2018, 00:53

Şəhriyar Məmmədyarov vahid liderdir

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb
20.01.2018, 00:35

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu
20.01.2018, 00:20

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır
20.01.2018, 00:06

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video
19.01.2018, 23:54

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
19.01.2018, 23:43

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19.01.2018, 23:26

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018, 23:09

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ
19.01.2018, 23:04

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Mahaçqala meri saxlanıldı
19.01.2018, 22:58

Mahaçqala meri saxlanıldı

Moskvada azərbaycanlı jurnalist vəfat edib
19.01.2018, 22:46

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu
19.01.2018, 22:37

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Danimarkada
19.01.2018, 22:20

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib
19.01.2018, 22:06

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar
19.01.2018, 21:53

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

Meksikada güclü zəlzələ
19.01.2018, 21:39

Meksikada güclü zəlzələ

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb
19.01.2018, 21:26

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb

Votsapdan daha bir yenilik
19.01.2018, 21:12

Votsapdan daha bir yenilik

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ
19.01.2018, 20:57

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir
19.01.2018, 20:30

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb
19.01.2018, 20:16

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı
19.01.2018, 20:03

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır
19.01.2018, 19:51

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
19.01.2018, 18:53

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.1%)
SOCAR(17.3%)
Azersun Holding(13.0%)
Azercell(4.34%)
Bakcell(17.3%)
Nar mobile(0%)
Gilan Holdinq(4.34%)
Nurgun Group(0%)
Paşa Holding(4.34%)
Akkord(0%)