Modern.az

Ermənistanda rus dilinə rəsmi status verilə bilər

Ermənistanda rus dilinə rəsmi status verilə bilər

17 İyul 2017, 15:41

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin erməni sürücülərinin sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınması üçün rus dilinin ölkədə rəsmi dil elan olunmalı olduğunu bəyan edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Volodin bu barədə erməni həmkarı Ara Babloyanla görüşdə deyib.

 

“Avrasiya İttifaqına üzv olan ölkələrdən Qırğızıstanda rus dili rəsmi, Belarusda isə rəsmi dildir. Ermənistanda da rus dili rəsmi dövlət dili olsa, erməni sürücülərin sənədləri bütün Rusiya ərazisində tanınacaq”.

 

Vüqar İSMAYILOV  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir