26 aprel 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev Riqadan mesaj verdi: "Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq"
İlham Əliyev Riqadan mesaj verdi: "Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq"
17.07.2017, 16:22

Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Riqada Latviya Prezidenti Raymonds Veyonislə birgə mətbuata bəyanatla çıxışında deyib.

 

Dövlət başçısı qeyd edib: “Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq. Sizin də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.

 

Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram".

 

İlham Əliyev əlavə edib: "Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.

İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə, qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir".

 

Azərbaycan Prezidenti hökumətlərarası birgə komissiyanın fəaliyyətinə də toxunub: "Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim.

 

Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun".

İlham Əliyev bildirib ki, nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var: "Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar.

Cənab Prezidentin qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir".

 

Dövlət başçısı vurğulayıb ki, əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır: "Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir".

 

Prezident xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir: "Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

 

Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir".

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyanın ən varlı terror təşkilatı məlum oldu  
26.04.2018, 00:12

Dünyanın ən varlı terror təşkilatı məlum oldu  

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı   
26.04.2018, 00:09

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı  

Putin Sarkisyana zəng vurub
26.04.2018, 00:07

Putin Sarkisyana zəng vurub

Nalbandyan Moskvaya getdi
26.04.2018, 00:01

Nalbandyan Moskvaya getdi

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.2018, 23:10

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycan nefti yenə bahalaşdı
25.04.2018, 23:00

Azərbaycan nefti yenə bahalaşdı

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb
25.04.2018, 21:41

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
25.04.2018, 21:35

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.2018, 21:05

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 
25.04.2018, 21:00

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25.04.2018, 20:54

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib

Ermənistanda hakim koalisiya dağılıb
25.04.2018, 20:53

Ermənistanda hakim koalisiya dağılıb

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
25.04.2018, 20:48

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
25.04.2018, 20:35

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib

Bakının bu hissələrində sabah qaz olmayacaq
25.04.2018, 20:26

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
25.04.2018, 20:14

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
25.04.2018, 18:53

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
25.04.2018, 18:44

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
25.04.2018, 17:55

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.68%)
İmtahan qiymətləri normalıdr(4.54%)
İmtahan qiymətləri aşağıdır(2.27%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.4%)
İmtahan qiymətləri azaldılmalıdır(5.68%)
İmtahan qiymətləri artırılmalıdır(11.3%)