Modern.az

Fikrət Qoca: “Allah başınıza gətirsin”

Fikrət Qoca: “Allah başınıza gətirsin”

Ədəbi̇yyat

17 İyul 2017, 16:25

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub. Məlumat üçün bildirək ki, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur. 


Xalq şairi nəvəsilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:

“Mənim nəvəm hərbçidir. Öz istəyilə bu yolu seçib. Sevincliyəm. Hər bir baba bu günü arzulayar”.

F.Qoca onun sevincini paylaşanlara “Allah sizin də başınıza gətirsin”,- deyib.

 

Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…

Pərvizin atası  - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir. 

ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!