Modern.az

Polis gizli "narkotik meşəsi" aşkarladı

Polis gizli "narkotik meşəsi" aşkarladı

17 İyul 2017, 16:54

Ağdaş rayonunun Ağzıbir kəndi ərazisindəki meşə zolağında kənd sakini olan bir nəfərin kultivasiya yolu ilə çətənə kolları yetişdirməsi barədə Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. 

 

DİN mətbuat xidmətindən Modern.az-a bildirlib ki, RPŞ rəhbərliyinin başçılığı ilə yaradılan əməliyyat qrupu məlumatın yoxlanılması məqsədi ilə həmin əraziyə gələrək oranı ətraflı müayinə edib, müvafiq araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində meşə zolağında kollarla əhatələnmiş ərazidə çətənə kollarının yetişdirildiyi və yenicə sulanmış sahə aşkarlanıb. Ərazinin görünməz hala gətirilməsi, diqqət çəkməməsi üçün ora hərtərəfli hündür kollar və bitkilərlə örtülərək gizlədilmişdi.

Polis əməkdaşları tərəfindən çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən kənd sakini Cabir Şahmuradov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun iştirakı ilə həmin əraziyə baxış keçirilib, oradan ümumi çəkisi 423 kiloqram olan 260 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

C.Şahmuradov kollarla maskaladığı sahəyə düzəltdiyi nəzərəçarpmaz dar keçiddən sürünərək keçdiyini, hər dəfə özü ilə plastmas qablarda su gətirərək çətənə kollarını sulayıb qulluq etdiyini etiraf edib.  

Faktla əlaqədar Ağdaş RPŞ-də cinayət işi başlanılıb.

 

        

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir