20 fevral 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Latviya prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"
Latviya prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"
17.07.2017, 17:17

Latviya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Modern.az-ın məlumatına görə, bunu Latviya Prezidenti Raymonds Veyonis Riqada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

 

Prezident bildirib ki, Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır: “Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər – təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.

Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib”.

 

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək: “Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Mənə elə gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq”.

R.Veyonis vurğulayıb ki, əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır:

 

“Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında – Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq”.

 

O əlavə edib ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir: “Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər. Mən Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək.

 

Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

 

Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik”.

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fələstin lideri BMT-yə çağırış etdi
20.02.2018, 23:41

Fələstin lideri BMT-yə çağırış etdi

Ərdoğan Afrindəki son əməliyyatlardan danışdı
20.02.2018, 23:28

Ərdoğan Afrindəki son əməliyyatlardan danışdı

Azərbaycan nefti bahalaşıb
20.02.2018, 23:16

Azərbaycan nefti bahalaşıb

ABŞ-da məktəbdə yenidən silahlı insident oldu
20.02.2018, 23:03

ABŞ-da məktəbdə yenidən silahlı insident oldu

Donbasla bağlı qanun qəbul edildi
20.02.2018, 22:46

Donbasla bağlı qanun qəbul edildi

İki dərmanın satışı qadağan edildi
20.02.2018, 22:33

İki dərmanın satışı qadağan edildi

Təyyarə qəzasında həlak olanlardan 30-nun cəsədi tapıldı
20.02.2018, 22:18

Təyyarə qəzasında həlak olanlardan 30-nun cəsədi tapıldı

Qarabağ probleminin həlli üçün təklif - Video
20.02.2018, 22:05

Qarabağ probleminin həlli üçün təklif - Video

Sabçakdan Putinə çağırış
20.02.2018, 21:49

Sabçakdan Putinə çağırış

Yağışdan sonra Bakının bu ərazilərini su basıb
20.02.2018, 21:36

Yağışdan sonra Bakının bu ərazilərini su basıb

Terrorçular 8 polisi öldürdü
20.02.2018, 21:23

Terrorçular 8 polisi öldürdü

Erməniləri susduran jurnalistin evi əlindən alınır
20.02.2018, 21:09

Erməniləri susduran jurnalistin evi əlindən alınır

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək
20.02.2018, 20:55

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik
20.02.2018, 20:43

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik

Bu hökumət bütün gənclərə mükafat verəcək
20.02.2018, 20:29

Bu hökumət bütün gənclərə mükafat verəcək

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video
20.02.2018, 20:16

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video

İki rayon qazsız qalacaq
20.02.2018, 20:01

İki rayon qazsız qalacaq

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib
20.02.2018, 19:53

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

ARXİV