Modern.az

Ermənistan ordusunda növbəti insident - yaralılar var

Ermənistan ordusunda növbəti insident - yaralılar var

17 İyul 2017, 17:22

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma baş verib. Nəticədə zabit və əsgər yaralanıblar.

Trend-in məlumatına görə, insidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda əsgərin mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.

İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağa məcbur edib. Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq qəsd etmək istəyib.

Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu hərbi hospitala yerləşdirilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı