Ermənistanın inşa etdiyi Vardenis-Ağdərə yolu sentyabr ayında istifadəyə veriləcək.
Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, tikinti işlərinin ləngiməsi sürüşmə zonalarının olması ilə əlaqələndirilib.
Qarabağdakı qondarma rejimin nümayəndələri Kəlbəcər rayonu ərazisində 4 kilometrlik yolun qrunt sularına görə tamamilə dağıldığını və bu ərazidə əlavə bərkitmə işlərinin görüldüyünü deyiblər.
Xatırladaq ki, 116 kilometrlik Vardenis-Ağdərə yoluunun tikintisi 2015-ci ildə başlayıb. Yolun 2016-cı ilin dekabrında istifadəyə veriləcəyi bildirilsə də, işlər uzanıb.
Vüqar İSMAYILOV