Modern.az

\"Dövlətqaçqınkom\"dan AÇIQLAMA: Yayılan xəbər yalandır

\

17 İyul 2017, 17:47

Bəzi KİV-lər bu gün bir qrup məcburi köçkünün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yayıb.


Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məsələ ilə bağlı Modern.az-a açıqlama verərək, məlumatların yalan olduğu bildirib.


“Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbul günüdür. Bura gələn sakinlər növbəti qəbul gününə gəlmişdilər. Hər dəfə sakinlər müxtəlif məsələlərin həlli ilə bağlı komitəyə müraciət edirlər. Burda heç bir etiraz aksiyası keçirilməyib. Bu haqda saytların verdiyi məlumatlar yalandır”.


Elçin Qədimovun sözlərinə görə, Baş nazirini müavini Əli Həsənov qəbula gələn məcburi köçkünləri qəbul edib, onlara müvafiq izahatlarını verib.


“Qəbulda  büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqının verilməsi ilə bağlı olan qərarın uzadılmaması ilə bağlı lazımı izahatlar da verilib"

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır