Modern.az

Sabah Mətbuat Muzeyinin açılışı olacaq

Sabah Mətbuat Muzeyinin açılışı olacaq

Aktual

17 İyul 2017, 18:27

İyulun 18-də araşdırmaçı-jurnalist, “Şərq”qəzetinin baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə yaradılan Mətbuat Muzeyinin açılış mərasimi olacaq.

 

Modern.az xəbər verirki, Azərbaycan jurnalistikasında ilk sayılacaq muzeyin açılışı  “Şərq” qəzetinin redaksiyasında baş tutacaq. 

Mətbuat Muzeyi Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümünə həsr olunub.

 

Azərbaycan mətbuat tarixinin hər dövrü redaksiyanın müəyyən otaq və dəhlizində öz əksini tapacaq. Muzeydə sərgilənəcək eksponatların böyük hissəsi original nüsxə, sənəd və fotolardan ibarətdir. Muzeydə XIX əsrin sonu – XX əsrin əvvəlləri, AXC və sovet dövrü jurnalistikasına aid 150-dən çox dəyərli eksponatlar sərgilənəcək.

 

“Ziya”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Açıqsöz”,” Dirilik” və s. kimi tarixi mətbu orqanlarımızın original nüsxələrinin saxlanıldığı muzeydə ən yaşlı eksponatın 136 yaşı var.

Qeyd edək ki, “Şərq” qəzetinin layihəsi olan Mətbuat Muzeyinin yaxın zamanlarda virtual versiyası da yaradılacaq.

 

Elmin Nuri

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!