Modern.az

\"Rəsmi Bakı ÜAK məsələsinin müsbət nəticəsinə ümid edir\"

\

17 İyul 2017, 18:48

"Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin inkişafında vacib rol oynayırdı."

 

"Report"un verdiyi xəbərə görə, bu barədə RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

 

"Biz dəfələrlə müxtəlif səviyyələrdə məsələyə münasibətimizi bildirmişik. Bu təşkilat iki ölkə arasında humanitar və digər münasibətlərin inkişafında vacib əlaqələndirici rolu oynayırdı", - nazir deyib.

 

Onun sözlərinə görə, ÜAK ona qarşı irəli sürülən hüquqi çatışmazlıqları aradan qaldırıb.

"Bu məsələyə dair apellyasiya qərarının müsbət nəticəsinə ümid edirik", - E.Məmmədyarov deyib. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı