Modern.az

Paytaxt sakini mənzilində ölü tapıldı

Paytaxt sakini mənzilində ölü tapıldı

17 İyul 2017, 19:51

Bakıda mənzildə meyit tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıb.

Onlar mənzilin qapısını açıblar və 1956-ci il təvəllüdlü Heydərov Səttar Qambay oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir