Modern.az

"2.5 kq qızıl Gürcüstan gömrükçüləri tərəfindən saxlanılıb" - Dövlət Gömrük Komitəsi

Aktual

17 İyul 2017, 20:16

Dövlət Gömrük Komitəsi xeyli qızıl məmulatların aşkanlanması ilə bağlı məsələ aydınlıq gətirib. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Gürcüstana  gedən Azərbaycan vətəndaşının Gürcüstan gömrükçüləri tərəfindən saxlanıldığı və yoxlama zamanı onun avtomobilindən ümumi dəyəri 61 000 ABŞ dolları təşkil edən 2.5 kq qızıl məmulatları aşkar edildiyinə dair məlumatlar yayılıb.

Məlumat üçün bildiririk ki,  Azərbaycan Respublikası vətəndaşı Rəhman Şirinov VAZ-21 723 markalı 45 BX 890 dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycandan Gürcüstana deyil, Gürcüstandan Azərbaycana gəlmək istəyərkən qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!