Modern.az

Şabranda 15 hektar meşə sahəsi yanıb...

Şabranda 15 hektar meşə sahəsi yanıb...

Aktual

17 İyul 2017, 20:57

Şabran rayonunda güclü yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Taxtalar kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 450 kvadrat metr olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə, ümumi sahəsi 3 kvadrat metr olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanıb.

Meşə zolağının qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür