Modern.az

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

17 İyul 2017, 21:29

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, daha öncə fövqəladə vəziyyətin müddətinin daha 3 ay uzadılması ilə bağlı ölkənin baş naziri Binəli Yıldırm çıxış etmişdi. Bu artıq dördüncü dəfədir ki, Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır. Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib. Həmin vaxtdan sonra ölkə parlamenti tərəfindən fövqəladə vəziyyət 3 dəfə 3 ay müddətinə uzadılıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı