25 iyul 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - “Latviya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" - Prezident
“Latviya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" - Prezident
17.07.2017, 23:21

“Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu il olub. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşayıb. Lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olub”. Modern.az xəbər verir ki, bunu Latviya prezidenti Raymonds Veyonis Riqada rəsmi ziyafətdə etdiyi çıxışı zamanı bildirib.

 

Latviya prezidenti qeyd edib ki, Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır: “Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanmasını məmnunluqla qeyd edirik. Əminəm ki, bizim müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində birgə marağımız var. Dövlət başçıları, parlament, hökumət, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq qurulmuşdur. Parlamentlər arasında fəal əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları xüsusi vurğulamaq istərdim. Latviyanın və Azərbaycanın yerli hakimiyyət orqanları arasında 13 əməkdaşlıq sazişi imzalanıb.

Latviya Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsi çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.  Fəal siyasi və iqtisadi münasibətləri, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və rəğbəti məmnunluqla qeyd edirik. Ölkəmizdə müxtəlif mədəni və ictimai tədbirlər təşkil edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı icmanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ali təhsil sahəsində əməkdaşlığımız və hər il Azərbaycandan olan 150 tələbənin Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını yaradacaqdır”.

 

Raymonds Veyonis bildirib ki, Latviyanın Avropa İttifaqına və NATO-ya üzv olması ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb: “Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə əsaslı islahatlar həyata keçirmişdir. Bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləmişdir. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq. Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulamaq istərdim. Latviya Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirir”.

 

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kapital Bank “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır
25.07.2017, 10:33

Kapital Bank “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq   
25.07.2017, 10:29

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq  

Tillerson istefa verə bilər 
25.07.2017, 10:27

Tillerson istefa verə bilər 

Qarabuludun ağbulud şeirləri Bakıda kitablaşdırıldı…
25.07.2017, 10:15

Qarabuludun ağbulud şeirləri Bakıda kitablaşdırıldı…

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR - VİDEO
25.07.2017, 10:15

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR - VİDEO

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir
25.07.2017, 10:12

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir

Hərbi liseylərə və feldşer ixtisası üzrə keçiriləcək imtahana 132 nəzarətçi-müəllim cəlb olunub
25.07.2017, 10:04

Hərbi liseylərə və feldşer ixtisası üzrə keçiriləcək imtahana 132 nəzarətçi-müəllim cəlb olunub

Ermənilər mövqelərimizə 4 mərmi atdı
25.07.2017, 09:43

Ermənilər mövqelərimizə 4 mərmi atdı

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın öldü
25.07.2017, 09:34

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın öldü

Xəzər Universiteti daha bir uğura imza atdı
25.07.2017, 09:32

Xəzər Universiteti daha bir uğura imza atdı

Yaponiyada isti 6 nəfəri öldürdü
25.07.2017, 09:29

Yaponiyada isti 6 nəfəri öldürdü

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...
25.07.2017, 09:27

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...

DİM I və IV qrupların imtahanından 1 milyon 118 min 480 manat qazandı
25.07.2017, 09:19

DİM I və IV qrupların imtahanından 1 milyon 118 min 480 manat qazandı

“Qarabağ” bu gün Çempionlar Liqasının növbəti oyununa çıxacaq
25.07.2017, 09:00

“Qarabağ” bu gün Çempionlar Liqasının növbəti oyununa çıxacaq

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ 
25.07.2017, 08:45

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ 

Bu gündən müəllim işləmək istəyənlərin imtahanı başlayır
25.07.2017, 08:42

Bu gündən müəllim işləmək istəyənlərin imtahanı başlayır

Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov
24.07.2017, 20:50

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)