Modern.az

İran prezidentinin qardaşı xəstəxanaya yerləşdirilib

İran prezidentinin qardaşı xəstəxanaya yerləşdirilib

18 İyul 2017, 00:13

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun xəstəxanaya yerləşdirilib. Modern.az İran mediasına istinadən xəbər verir ki, prezidentin qardaşı prokurorluqda baş tutacaq dindirilmədən əvvəl xəstəxanaya götürülüb.

Məlumata görə, dindirilməyə gətirilən Hüseyn Fereydunun vəziyyəti qəflətən pisləşib. Bu səbəbdən dindirilmə baş tutmayıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin qardaşı ötən gün maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir