Modern.az

Region ölkələri problemlərini həll etmək iqtidarındadır

Region ölkələri problemlərini həll etmək iqtidarındadır

18 İyul 2017, 00:32

“Sepah”ın  terror qruplaşmaları ilə  bir cərgədə tutulması, ona qarşı sanksiyalar tətbiq edilməsi  Amerika və onun regiondakı bazaları üçün böyük riskdir". Modern.az APA-ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Məhəmmədhüseyn Baqiri  bildirib.

“İrana qarşı yeni sanksiyalar  yerli potensialın çiçəklənməsinə, özünə güvən və inkişaf üçün bir fürsətdir.  İran İslam Respublikasının  raket proqramı müdafiə xarakterlidir və bu, heç zaman müzakirə predmeti ola bilməz”,  deyə Məhəmmədhüseyn Baqiri  bildirib.

İraq Kürdüstanında referendumun keçirilməsinə toxunan M.Baqiri deyib ki, bu, bölgədə yeni problemlərə səbəb ola bilər: “Bu məsələni heç bir halda  İraqın qonşu ölkələri qəbul edə bilməz.  İraqın suverenliyi və ərazi bütövlüyünün qorunması bu ölkədə yaşayan bütün tayfa və din mənsublarının xeyrinədir”.

Ordu generalı həmçinin bildirib ki,  Fars Körfəzi ölkələrində baş vermiş son gərginlik danışıqlar yolu ilə həll olunmalıdır: “Əminliklə deyə bilərəm ki, yeni hər hansı bir gərginlik  təcavüzkarların bölgəyə girməsinə zəmin yaradacaq.  Region ölkələri özləri-öz  problemlərini həll etmək iqtidarındadır.  Hegemon və regiondan kənar güclərin müdaxiləsinə ehtiyac yoxdur”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!