Modern.az

Qarabağdakı rejim sadə erməniləri belə aldadır

Qarabağdakı rejim sadə erməniləri belə aldadır

Qarabağ

18 İyul 2017, 13:47

Ermənistan tərəfdən Azərbaycanın işğal edilmiş ərazilərinə guya xarici turistlərin gəlişinin artmaı ilə bağlı Ermənistan KİV-i xəbərlər yayır.

 

Bu KİV-lər qondarma rejimin turizm idarəsinin rəhbəri Tiqran Şahverdyana istinadən yanvar-iyun aylarında Qarabağa gələn turistlərin sayının 2016-cı illə müqayisədə 46% artığını tirajlayır. Halbuki 2016-cil aprel dərsindən sonra heç Ermənistandakı ermənilər qorxudan Qarbağa gəlmirlər. Şahverdyan isə sərsəmləyərək 2015-ci illə müqayisədə artımın 26%-ə çatdığını əlavə edirb. Onun sözlərinə görə 2017-ci ildə Dağlıq Qarabağa 20 minə qədər əcnəbi turistin gələcəyi proqnozlaşdırılır.

 

Onlar arasında ABŞ, Rusiya, Çin, Böyük Britaniya, İran və Ukrayna vətəndaşlarının çoxluq təşkil etdiyi bildirilib. Separatçı rejimin təmsilçisi 6 ayda turizmdən 33,5 milyon dollar gəlir götürdüklərini də açıqlayıb. Bir daha xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağa gedən əcnəbi turistlərin sayı 0-a enib. Görünür Tiqran Şahverdyan belə cəfəng açıqlaması ilə insnaları aldatmaq və Qarabağa gəlişlərinə nail olmaq istəyir.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar