Modern.az

Gürcüstanda \"Qarabağ\" azarkeşi xəsarət aldı - Yenilənib

Gürcüstanda \

18 İyul 2017, 22:14

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Samtredia" - "Qarabağ" matçından əvvəl azarkeşlər arasında baş vermiş insident zamanı Ağdam klubunun fanatlarından biri xəsarət alıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, həmin şəxs oyunu izləmək üçün Gəncədən Tbilisiyə yollanan kiçik bir qrupun üzvüdür.

Bu ərəfədə, gürcü fanatların hücumuna məruz qalan sözügedən kiçik qrupun üzvləri ilə "Qarabağ"ın fan-klub üzvləri arasında tribunada mübahisə düşüb. Stadiondakı təhlükəsizlik nümayəndələrinin müdaxiləsindən sonra ara sakitləşib.

 

20:19

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatıarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.              

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir