Modern.az

Ayıq sürücü 5000 manat oğurladı - VİDEO

Ayıq sürücü 5000 manat oğurladı - VİDEO

18 İyul 2017, 22:29

Avtomobildən pul oğurlayan ayıq sürücü tutulub. Modern.az xəbər verir ki, Abşeron rayon polis idarəsinə müraciət edən vətəndaş ayıq sürücü xidmətindən istifadə edərkən sürücü onun avtomobilindən 5000 manat pul oğurladığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olub.

Bakının Nərimanov rayonunda yaşayan 23 yaşlı Nicat Kamalov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.

 

Saxlanılan Nicat Kamalov "ARB TV"yə bildirib ki, ayıq sürücü kimi fəaliyyət göstərib: "Sumqayıtda restoranda dayanmışdım. Bir nəfər çağırdı ki, bu müəllim içkilidir, maşınını idarə elə apar. Mən də həmin adamı götürdüm, Masazıra getdik. Orada gördüm ki, maşında pul var, ehtiyacım olduğu üçün götürdüm. Maşının sahibi də çox içkili idi, durğuza bilmədim. Maşında qoydum getdim".

Ehtiyaclarını başqasının pulu ilə ödəmək istəyən Nicat Kamalov avtomobildən götürdüyü pulun 500 manatını xərcləməyə imkan tapıb. Qalan məbləğ isə polis tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi