Modern.az

İbn Sinadan kişilərə GÜCLÜ KİŞİ OLMAQ ÜÇÜN MƏSLƏHƏT

İbn Sinadan kişilərə GÜCLÜ KİŞİ OLMAQ ÜÇÜN MƏSLƏHƏT

Mədəni̇yyət

18 İyul 2017, 22:51

Hələ qədim zamanlardan potensiya zəifliyinə qarşı loğmanlar müxtəlif vasitələrdən istifadə ediblər. Təbiblərin cinsi zəifliyin aradan qaldırılması ilə bağlı əsrlər boyu sınaqdan çıxmış reseptləri bu gün də xalq təbabətində geniş tətbiq olunur.

Modern.az saytı mövzu ilə bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan İbn Sinanın iki effektli reseptini təqdim edir.

Resepti hazırlamaq üçün aşağıdakılar lazımdır:

1. 1 kq qulançar bitkisinin kökü

2. 1 kq inək südü

3. 1 kq kərə yağı

4. 90 qram yörkökü toxumu

5. 90 qram turp toxumu

Yuxarıda göstərilənlər yaxşı qarışdırıldıqdan sonra odun üzərinə qoyulur, qatılaşana qədər qaynadılır. Soyuduqdan sonra 3 gün qaranlıq və sərin yerdə saxlanılır. Bu müddətdən sonra alınmış qatı məhlul istifadəyə hazırdır. Hər gün 1 dəfə səhər yeməyindən yarım saat sonra 85 qram qəbul edilir.

İbn Sinanın digər bir resepti də cinsi fəallığı və istəyi artırmaq üçündür. Bu resepti hazırlamaq üçün aşağıdakılardan istifadə olunur:

1. 6 qram soğan toxumu

2. 18 qram çətənə toxumu

3. 9 qram yabanı yerkökü toxumu

4. 12 qram giçitkən toxumu

5. 15 qram təmizlənmiş küncüt

6. 18 qram şəkər tozu

Bütün bunlar yaxşı qarışdırılır və şüşə qabda saxlanılır. Hər gün bir dəfə qarışıqdan 6 qram götürülür üzərinə 100 qram desert şərabı əlavə olunaraq qəbul edilir.

Qeyd edək ki, illər boyu İbn Sinanın bu effektli reseptlərindən potensiya zəifliyindən şikayət edən saysız hesabsız insanlar problemlərini asanlıqla həll ediblər.

Bu reseptlərdən istifadə etdikdə həkiminizlə məsləhətləşməyi unutmayın.


İlham Cəmiloğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir