Modern.az

İran ordusunda silahlı insident: 3 ölü, 6 yaralı

İran ordusunda silahlı insident: 3 ölü, 6 yaralı

19 İyul 2017, 00:10

İran ordusunda silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qəzvin şəhərində yerləşən "Abyek" hərbi bazasında qeydə alınıb. Məlumata görə, həmin hərbi hissədə xidmət edən bir əsgər 3 yoldaşını öldürdükdən sonra özünü güllələyib.

Belə ki, hərbi xidmətinin qalan hissəsinin doğma şəhərində keçirilməsini tələb edən Sasan Xəlili komandirlərinin buna mənfi cavab verməsindən hiddətlənib. O, əsgər kazarmasına daxil olaraq əlindəki tüfənglə əsgər yoldaşlarına atəş açıb. Daha sonra isə özünü qarın nahiyəsindən güllələyib.

Atəş nəticəsində 3 əsgər yerindəcə həlak olub, 6 nəfər isə yaralanıb. Yaralı əsgərlər helikopterlə Qəzvin xəstəxanalarından birinə çatdırılıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?