Modern.az

Gəncədə qadın həyat yoldaşını bıçaqlayıb

Gəncədə qadın həyat yoldaşını bıçaqlayıb

19 İyul 2017, 00:22

Gəncədə bıçaqlanma olub. Modern.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü Ağayev Bayram Yədulla oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, B. Ağayev yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?