Modern.az

Canavar 16 yaşlı oğlana hücum etdi - ZAQATALADA

Canavar 16 yaşlı oğlana hücum etdi - ZAQATALADA

19 İyul 2017, 09:46

Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki,  rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti iləZaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, Məhəmməd Məmmədov  Azərbaycanın Gürcüstanla həmsərhədində, Zaqatala rayonu Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.

 

Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir