Modern.az

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə XƏBƏRDARLIQ: Saxtakarlara inanmayın!  

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə XƏBƏRDARLIQ: Saxtakarlara inanmayın!   

Təhsil

19 İyul 2017, 10:04

Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib ki, bu qurumun “İnstagram” sosial şəbəkəsində səhifəsi mövcud edyil. Modern.az xəbər verir ki, DİM bununla bağlı abituriyentləri xəbərdar edərək, ehtiyatlı olmağa çağırıb:

“Aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər göstərir ki, "İnstagram" şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillər fəaliyyət göstərir. Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Nəzərinizə çatdırırıq ki, DİM-in “İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir.

Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır