Modern.az

Füzulidə torpaqlardan istifadəyə nəzarət gücləndirilib

Füzulidə torpaqlardan istifadəyə nəzarət gücləndirilib

19 İyul 2017, 11:02

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin qorunmasına, torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunmasına nəzarət gücləndirilib.


Rayon ərazisində torpaqlardan istifadəyə dair qanunvericiliyin icra vəziyyətinin yoxlanılması, bu sahədə mövcud olan möqsanların aradan qaldırılması istiqamətində konkret işlər görülür.
Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin respublikada ərzaq bolluğu yaradılması, xüsusilə strateji məhsul olan taxılçılığın inkişaf etdirilməsi barədə tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət qış otlaq fonduna aid olan əvvəllər ayrı-ayrı vətəndaşlar tərəfindən kortəbii şəkildə təyinatına uyğun olmadan istifadə olunan 4000 ha ərazinin təyinatı dəyişdirilməklə 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Bundan başqa, rayonun inzibati ərazisinə aid olan əvvəllər örüş-otlaq məqsədilə ayrı-ayrı vətəndaşların icarəsində olmuş 2700 ha ərazinin də təyinatı dəyişdirilməklə, Aqroparkın istifadəsinə verilib, 500 ha ərazinin isə təyinatı dəyişdirildikdən sonra toxumçuluq təsərrüfatının istifadəsinə verilməsi nəzərdə tutulub.


Füzuli rayonu ərazisində torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunması üçün rayonun aidiyyəti qrumların, hüquq-mühafizə orqanlarının, icra nümayəndələrinin, blədiyyələrin iştirakı ilə müşavirə və yığıncaqlar keçirilir, kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun, məqsədyönlü istifadə olunması müzakirə olunur. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli icra nümayəndələrinin və aidiyyəti qrumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilir, torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunur, bu sahədə maarifləndirmə, izahat  işləri aparılır. Bildirilir ki, dövlət qış otlaq fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlardan yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.


Qeyd olunur ki, qış-otlaq fonduna aid olan torpaqlarda təyinatına uyğun olmadan əkin aparanlar dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalardan, mineral gübrələrdən, digər güzəşt və imtiyazlardan istifadə edə bilmirlər.


Torpaq istifadəçiləri olan hüquqi və fiziki şəxslərə torpaqlardan təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə, torpağın yararsız hala salınmasına, əsası olan tikinti işlərinin aparılmasına görə "İnzibati Xətalar” Məcəlləsində  nəzərdə tutulan cərimlərin miqdarı izah olunur.


Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə torpaqların təyinatına uyğun məqsədyönlü istifadə olunması ilə bağlı mütəmadi olaraq ərazidə monitorinqlər aparır, qanunvericiliyin tələblərinin qorunmasını araşdırır və müvafiq tədbirlər görür. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi