Modern.az

Qadın sürücü maşını aşırdı - ölən var

Qadın sürücü maşını aşırdı - ölən var

19 İyul 2017, 12:28

Goranboyda qadın sürücü qəza törədib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.

Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi