Modern.az

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? - IIIII qrup üçün

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? - II və III qrup üçün

19 İyul 2017, 13:36

Dövlət İmtahan Mərkəzi DİM II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

Modern.az saytının məlumatına görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

“Nəzərinizə çatdırırıq ki, I və IV  ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə iyulun 22-də keçiriləcək qəbul imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək”,- DİM bildirib.
 

Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: 

- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
- Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı