Modern.az

Bir zamanların Xədicə Abbasovası - kitab yazır, bizneslə məşğul olur...  

Bir zamanların Xədicə Abbasovası - kitab yazır, bizneslə məşğul olur...   

19 İyul 2017, 16:38

Bir zamanların Xədicə Abbasovası... Emin Sabitoğlu kimi böyük bəstəkarın ilham mənbəyi olmağı bacaran müğənni onun bir çox mahnılarına ölməzlik qazandırdı. Bəstəkarın “Payız gəldi”, “Mən sizə gələcəm”, “Çiçək yağışı”, “Aman ayrılıq”, “Sıravi Əhməd”, “Güllər” kimi mahnılarını mükəmməl ifa edən Xədicə Abbasova qısa zamanda  tamaşaçıların sevimlisinə çevrilmişdi. Lakin 1994-cü ilə qədər...

 

Çünki sonradan Xədicə Abbasova ilə evlənən bəstəkarın həyatı dəyişdi. 1994-cü ildə isə onlar yenicə müstəqillik qazanmış Azərbaycanı tərk edərək qardaş ölkəyə - Türkiyəyə çalışmağa getdilər. 

Bəstəkar 1994-cü ildən ömrünün sonunadək Türkiyədə pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində işlədi. 

Xədicə xanım isə universitetlərin birində ingilis dili müəllimi kimi çalışırdı. 2000-ci ildə bəstəkarın vəfat etməsi Xədicə Abbasovanı da tədricən musiqi aləmindən uzaq saldı. 

Emin Sabitoğlunun vəfatından bir müddət sonra Xədicə Abbasova müğənniliyi ataraq, biznes fəaliyyətilə məşğul olmağa başladı. Bu gün artıq o, işgüzar xanım kimi fəaliyyət göstərir.

Xədicə Abbasova son illər müğənnilikdən tamamilə uzaq düşüb. O, hətta ingilis dili müəlliməsi kimi çalışdığı universitetlə də əlaqəsini kəsib.

Modern.az saytının əldə etdiyi məlumata  görə,  xanım müğənninin qapı-pəncərə hazırlanan sexi var. Müğənnilik və müəlliməlikdən imtina edən  Xədicə xanımın qazanc mənbəyi məhz bu biznesdir.  

Bir müddət əvvəl Azərbaycan efir məkanında yayımlanan proqramların birinə telefon vasitəsilə qoşulan Xədicə Abbasova özü barəsində bunları deyib:

"Uzun zamandır xaricdə yaşayıram. Vətəndən çox uzaqlardayam. Eminsiz bərqərarım yoxdu. Amma qəlbim sizinlədi. Hamı mənə deyir qayıt Azərbaycana. Qayıdacam. Amma orda Emin Sabitoğlunu görməyəcəm. Eminlə yaşadığım gözəl günləri xatırlamaq istəyirəm. Məhz ona görə, qayıdacam. Xaricdə iş həyatım var. Onunla məşğulam. Musiqiyə qayıtmaq istəyirəm. Eminsiz həyat mənə acı verir. Musiqiyə qayıtsam, orda Emin Sabitoğlu olmayacaq. İçimdən keçənləri hələ ki kitaba yazıram".


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir