Modern.az

Tanınmış jurnalistlərdən Prezidentə TƏŞƏKKÜR: “Bu, bizə verilən dəyərdir”

Tanınmış jurnalistlərdən Prezidentə TƏŞƏKKÜR: “Bu, bizə verilən dəyərdir”

19 İyul 2017, 18:15

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada ev alan KİV əməkdaşlarının adları açıqlanıb. Modern.az siyahıda yer alan bəzi  jurnalistlərlə əlaqə saxlayaraq, bu hədiyyəni necə dəyərləndirdiklərini öyrənib.

 

Qocaman qələm sahibi Hidayət Elvüsal bunun jurnalistlərə verilən dəyər olduğunu bildirib:

“Əməyimizi dəyərləndiyi üçün ölkə Prezidentinə təşəkkür edirəm. Uzun illərdir mətbuatdayam. Nə MDB məkanında, nə də dünyada jurnalistlərə ev verilməyib. Qocaman jurnalist kimi Prezidentin bu hədiyyəsi mənim və ailəmin sevincinə səbəb oldu”.

 

Pressday.az saytının rəhbəri Azər Hüseynbala illərdir kirayələrdə yaşadığını deyib:

“Hədiyyəni necə qiymətləndirmək olar? Əlbəttə, ilk növbədə jurnalistlərə verilən dəyər kimi. Buna görə bir daha prezident İlham Əliyevə təşəkkür edirəm. Evsizliyin, kirayənişin yaşamağın həm maddi, həm də mənəvi əzabını bəlkə də mənim ailəmdən çox çəkən olmazdı. Bugünkü xəbərl, deyəsən, bu əzabdan qurtulacağıq. Etiraf edirəm evin verilməsinə çox ümidliydim”.

 

CBC telekanalının əməkdaşı Fərəh Sabirqızını da sevinir, deyir ki, o, həyat yoldaşı Məğrur Əliyevlə 20 ildən çoxdur mətbuatda çalışırlar:

“Əməyimizi qiymətləndirdiyi, mənzil-məişət şəraiti ağır olan bir jurnalist ailəsini sevindirdiyi üçün dövlətimizə və cənab Prezidentimizə minnətdarlığımızı bildiririk! Çox ədalətli seçim olub, əməyimizin boşa getmədiyinin şahidi olduq”

 

Jurnalist Jalə Mütəllimova da təşəbbüsü bəyənərək, prezidentə təşəkkür edib:

 “İnsan ona dəyər verildiyini görəndə daha qüdrətli olur. Daha böyük işlər görməyi arzulayır, sınmır. Hər sınaqdan qalib çıxacağına əmin olur və çıxır da. Cənab prezident, bu mükafat mənə təkcə problem həlli deyil, həm də dövlətimə gərək olduğumun isbatıdır. Yazacağım yazılarda ədalətli, vicdanlı olmağa çağırışdır. Allah məni utandırmasın! Bir daha təşəkkürlər, Ali baş komandan, cənab İlham Əliyev. O cümlədən Prezident Adminstrasiyasına, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsəvova və digər dəyərli insanlara minnətdaram!..”.

 

 Müstəqil jurnalist Azər Rəşidoğlu da təəssüratlarını bölüşüb:

“Dövlət hamımızındı. Bu baxımdan, tənqidçi medianın da təmsilçilərinə ev verilməsi alqışa layiqdi. Məni təbrik edən həmkarlarıma təşəkkür edirəm. O cümlədən də mənim vəziyyətimi nəzərə alaraq, mənzil hədiyyə edən Prezidentə təşəkkür edirəm”.

 

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir