Modern.az

"Referendumdan geri addım atmayacağıq" - Məsud Bərzani

"Referendumdan geri addım atmayacağıq" - Məsud Bərzani

19 İyul 2017, 20:58

"Bütün tərəflərə onu bildirmək istəyirik ki, referendum Kürdüstan və dünyadakı bütün xalqların ən təbii haqqıdır və tətbiq edilməlidir. Niyə bu hüquq yalnız Kürdüstan xalqına haram edilsin? Müstəqilliyimizlə bağlı keçiriləcək referendumdan geri addım atmayacağıq". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzani açıqlayıb.

 

Məsud Bərzani bildirib ki, bu üzdən haqları olan bu referendum qərarından geri addım atmayacaqlar: "Bu haqq çox təbii, sülh və zorakılıqdan uzaq bir şəkildə tətbiq olunacaqdır. Çünki uğursuzluğa uğramış təcrübələrin təkrarlanmasını istəmirik".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir