Modern.az

Məşhur Senator Con Makkeyn beyin xərçənginə tutulub

Məşhur Senator Con Makkeyn beyin xərçənginə tutulub

20 İyul 2017, 09:18

Senator Con Makkeyndə beyin şişi aşkar edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər 80 yaşlı siyasətçiyə beyin xərçəngi diaqnozu qoyublar. BBC-nin məlumatına görə, xəstəlik Con Makkeynin gözündə əməliyyat aparılarkən müəyyən olunub. Müalicənin həm kimya terapiyası, həm də şüalandırma yolu ilə aparıla biləcəyi qeyd olunur.

 

Təhlillər göstərib ki, senatorda qlioblastoma – beynin ilkin şişi xəstəliyi var. Bu xəstəlik əsasən kişilərdə müəyyən olunur və yaşla özünü göstərir.

 

Con Makkeyn 2008-ci ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olub, lakin seçkilərdə Barak Obamaya qalib gələ bilməyib. O, 5 il Vyetnam əsirliyində keçirib, işgəncələrə məruz qalıb, 1973-cü ildə azad edilib.

 

Makkeynin qəfil xəstəliyinə prezident Donald Tramp Twitter-də reaksiya verib, onun mübariz insan olduğunu yazıb. Sabiq prezident Barak Obama da Makkeyni Amerika qəhrəmanı adlandırıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı