Modern.az

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib  RƏSMİ

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib  RƏSMİ

20 İyul 2017, 09:55

Jurnalistika fakültəsinə qəbul olmaq üçün ötən ildən başlayaraq qabiliyyət imtahanının keçirilməsinə start verilib.

 

Yayılan xəbərlərə görə bu il adıçəkilən fakültəyə qabiliyyət imtahanlarının keçirilməsi ləğv edilib.

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında qabiliyyət imtahanlarının ləğv edilmədiyini deyib.

 

“Jurnalistika ixtisasına qəbul olmaq üçün bu il də qabiliyyət imtahanları keçiriləcək. Belə ki, jurnalistika ixtisasını seçmək üçün abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edirlər. Minimal olaraq 200 bal toplamalıdırlar. Qəbul imtahanlarında 200  və daha çox bal toplayan abituriyentlərə icazə verilir ki, jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarında qeydiyyatdan keçsinlər. Həmin qeydiyyat da iyulun 21-dən 24-nə qədər olan müddətdə aparılacaq. Dövlət İmtahan Mərkəzinin saytında bununla bağlı xüsusi link yaradılacaq. Abituriyent özü haqqında məlumat verəcək və qeydiyyatdan keçəcək”

 

DİM rəsmisinin sözlərinə görə imtahandan keçə bilməyənlər jurnalistika ixtisasını seçə bilməyəcəklər.

 

“Qabiliyyət imtahanı iyulun 29-da olacaq. İmtahandan məqbul qiymət alanlar III qrupun digər ixtisasları ilə yanaşı, jurnalistika ixtisasını da seçə biləcəklər.

 

Məqbul qiymət ala bilməyənlər III qrupun digər ixtisaslarını seçə bilərlər. Qabiliyyət tələb edən jurnalistika ixtisasını seçə bilməzlər”.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir