Modern.az

Azərbaycanla Avropa Birliyi arasında rouminq ləğv oluna bilər

Azərbaycanla Avropa Birliyi arasında rouminq ləğv oluna bilər

20 İyul 2017, 12:51

Avropa Birliyi 2020-ci ilə qədər Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanla rouminqi ləğv edə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa xarici əlaqələr idarəsinin Şərq Tərəfdaşlığı və ATƏT ölkələri ilə əməkdaşlıq şöbəsinin rəhbəri Boris Yaroşeviç deyib.

 

“Bu qərar 2020-ci ildə əldə oluna bilər. Amma Avropa Birliyi bu barədə qərarı yalnız Birliyin daxilində tariflərin ləğvindən sonra baş tutacaq”.

 

Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələri sırasında Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna daxildir.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı