Modern.az

Gömrük Komitəsindən Ukraynadan gətirilən toyuq məhsulları ilə bağlı AÇIQLAMA

Gömrük Komitəsindən Ukraynadan gətirilən toyuq məhsulları ilə bağlı AÇIQLAMA

20 İyul 2017, 13:33

Ukraynadan idxal edilərək ölkənin müxtəlif bazar və dükanlarında satılan “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuq məhsulları təyin olunmuş normativlərə uyğundur.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

DGK bildirir ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazim olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir.

 

Məlumatda qeyd olunur ki, “Qualiko” əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarını idxal edən xarici iqtisadi fəaliyyət iştirakçıları da tələb olunan müvafiq sənədləri - Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədini, Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatını, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatını, mənşə sertifikatını, bir sözlə qanunvericilikdə nəzərdə tutulan sənədləri müvafiq gömrük orqanına təqdim edib. Bundan sonra yükün qida təhlükəsizliyinin təyin edilməsi məqsədilə DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparılıb və məhslun təyin olunmuş normativlərə uyğun olduğu da müəyyən edilib. Eyni zamanda, idxalatçı şirkətin İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasına təqdim etdiyi nümunənin kimyəvi analizi də aparılıb və laboratoriyanın sınaq nəticələrinə dair protokolunda nəmliliyin normaya uyğun olduğu göstərilib.

 

Qanunvericilikdə nəzərdə tutulan bütün prosedurlar həyata keçirildikdən sonra “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal olunan toyuq əti məhsulları gömrük rəsmiləşdirilməsindən keçirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi