Modern.az

Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin – deputat prezidentə müraciət edəcək

“Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin” – deputat prezidentə müraciət edəcək

Parlament

20 İyul 2017, 13:58

Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elmira Axundova təklif etmişdi ki, 125 deputat köməkçisininə dövlət qulluqçusu statusu verilsin, onların əmək kitabçalarına dövlət qulluqçusu stajı yazılsın.

Bəs deputatın təklifinə hanısasa reaksiya olubmu?

“İş orasındadır ki, bu köməkçilərin əksəriyyəti cavanlardır, gənc ailə sahibləridir, çoxunun mənzilləri yoxdur. Onlar istəyirlər ki, sosial evlərə, ipotekaya sahib olsunlar. Amma mən bu yaxında öyrəndim ki, heç bir deputat köməkçisi sosial ipoteka və sosial mənzil ala bilməyəcək. Çünki onlar dövlət qulluqçusu deyillər. Sosial ipoteka və ya sosial mənzil almaq üçün ən azı 3 il dövlət qulluqçusu işləmək lazımdır. Mən xahiş edərdim ki, Milli Məclis rəhbərliyi 125 nəfərin taleyi ilə yaxından məşğul olaraq müvafiq qurumlar qarşısında məsələ qaldırsın. Bununla da biz böyük savab iş görmüş olarıq”,-E.Axundova demişdi. 

 

Elmira Axundova Modern.az-a  açıqlamasında bildirib ki, onun təkliflərini deputatların hamısı dəstəkləyir.


“Hətta buna görə mənə minnətdarlıqlarını da bildirdilər. Həmçinin, bir neçə deputat köməkçisi də gəlib, mənə təşəkkür etdi. Mənim bu təklifim hamı tərəfindən yaxşı qarşılandı”.

 

Deputat bildirib ki, bu təklifi yenidən Milli Məclisin  payız sessiyasında keçiriləcək iclasda səsləndirəcək.


“Hətta yenidən bu təkliflə cənab Prezident İlham Əliyevə müraciət edəcəyəm. Çünki deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsi çox aktual məsələdir. Mənə elə gəlir ki, təklifimə dəstək olacaqlar. Ümid edirəm ki,  buna nail olacağam”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı